Çempionlar Liqasının püşkatmasındakı köklü dəyişikliklər bəzi nəhəng klubların xeyrinə olmayacaq.
Teleqraf.com xəbər verir ki, yeni mövsümdən etibarən tətbiq olunacaq reqlamentə əsasən, I səbətdə yer alacaq 8 komandadan 7-si UEFA-nın reytinqində ilk 7 pillədə qərarlaşan ölkələrin çempionları olacaq. Həmin səbətə qitənin ən mötəbər turnirinin son qalibi də əlavə ediləcək.
Bu isə o deməkdi ki, “Real” (Madrid), "Atletiko" (Madrid) “Arsenal”, “Mançester Yunayted”, “Porto” kimi klublar çempion ola bilmədikləri üçün 1-ci səbətdə yer almayacaqlar.
Bu mövsüm qitənin ən nüfuzlu klub turnirinin finalında "Barselona" və "Yuventus" klublarının oynayacağını, həmçinin sözügedən klubların öz ölkələrində çempion oldulaqrını nəzərə alan UEFA ölkə sıralamasında 8-ci olan Hollandiyanın çempionu PSV-ni püşkatmada birinci səbətə qoyacaq.
Daha öncə püşk zamanı yüksək reytinqə malik komandalar birinci səbətdə qərarlaşırdılar.
2015-2016 mövsümündə ÇL-in püşkatmasında I səbətdə yer alacaq klublar:
"Barselona" (İspanya)
"Çelsi" (İngiltere)
"Bavariya" (Almanya)
"Yuventus" (İtalya)
"Benfika" (Portekiz)
PSJ (Fransa)
"Zenit" (Rusiya)
PSV (Hollanda)
Rüstəm