İspanya klubu "Barselona"-nın futbolçusu Xavi Ernandes cümə axşamı günü mətbuat konfransında komandadan ayrılacağını elan edəcək.
Teleqraf.com xəbər verir ki, 35 yaşlı oyunçu karyerasını Qətərin "Əl-Sədd" komandasında davam etdirəcəyini deyəcək. Əfsanəvi futbolçunun Katalonya klubu ilə muqaviləsi 2016-cı ilin iyun ayında bitir, yalnız tərəflər onun vaxtından tez bitməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Xavi "Barselona"-da 1998-ci ildən çıxış edir. Klub tərkibində 8 dəfə ölkə çempionu, 6 dəfə İspanya Superkuboku, 2 dəfə İspanya Kuboku, 3 dəfə Çempionlar Liqası, 2 dəfə Avropa Superkuboku və 2 dəfə klublar arası dünya çempionluğuna sahib olub.
Rüstəm