22 May 2014 18:01
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

U-21 millimizin AÇ-nin təsnifat mərhələsində qarşılaşacağı Norveç yığması bir futbolçusu ilə bağlı sərt qərar verib.

Belə ki, Norveçin U-21 yığmasının yarımmüdafiəçisi Qustav Valsvik komandanın heyətindən uzaqlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb futbolçunun intizam qaydalarını pozmasıdır. Qustav Valsvik bir gün öncə sərxoş halda avtomobilini idarə edərkən polis tərəfindən saxlanılıb.

Aygün İlqarqızı


Müəllif: