Perulu futbol hakimi Ramon Blanko “Alyans Lima” və “Real Qarsilaso” komandaları arasında keçirilən oyunun son 5 dəqiqəsi ərzində 5 qırmızı kart göstərib.
Teleqraf.com xəbər verir ki, hakim əvvəlcə “Alyans” klubunun oyunçusu Qabriel Kostanı meydançadan çıxarıb. Sonra isə komandanın baş məşqçisi Gilyermo Sanginettiyə qırmızı kart göstərilib. Qalan vaxt ərzində “Alyans”ın daha 3 oyunçusu da oyundan qovulub.
Görüş “Real Qarsilaso” komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hakimin qərarları azarkeşlər arasında narazılığa və stadionda iğtişaşlara səbəb olub. Bu səbəbdən Ramon Blanko meydanı polisin əhatəsində tərk edib.
Buna baxmayaraq, Perunun peşəkar hakimlər assosiasiyası hakimin qərarlarını təqdir edib və ona qarşı sanksiyalar tətbiq olunmayacağını bildirib.
Rüstəm