Bu mövsümün sonu "Beşiktaş" baş məşqçisi Slaven Biliçlə yolları ayıracaq.
Bu barədə İstanbul klubunun prezidenti Fikrət Orman məlumat verib:
"Biliçlə əməkdaşlığa mədəni şəkildə son qoyacağıq. Hazırda ölkə çempionatında iki önəmli oyunumuz var. Çempionlar Liqasına vəsiqə qazanmaq şanslarımız davam edir. Mövsüm bitdikdən sonra Biliçlə yolları ayıracağıq və komandaya yeni baş məşqçi gətiriləcək".
Qeyd edək ki, bundan əvvəl "Beşiktaş"ın Biliçlə əməkdaşlığa son qoyduğu açıqlanmışdı. Ancaq klub rəsmi saytı vasitəsilə bu iddiaları təkzib etmişdi./qol.az/