"Bavariya" rəhbərliyi baş məşqçi Pep Qvardiolanın işindən razıdı.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Münhen klubu ispan mütəxəssis üçün 2018-ci ilin yayına kimi nəzərdə tutulan yeni təklif hazırlayır. Rəhbərlik yeni sazişlə həm də "Mançester Siti" təhlükəsini aradan qaldırmaq istəyir. Bildiyiniz kimi, "şəhərlilər" Peplə yaxından maraqlanır.
Qeyd edək ki, Qvardiolanın "Bavariya" ilə olan müqaviləsi 2016-cı ildə bitir.
Rüstəm