Braziliya yığmasının əsas müdafiəçilərindən olan Dani Alves "Barselona"nı tərk etmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Metro" məlumat yayıb. Braziliyalı mayın 26-da mətbuat konfransı keçirəcək və qərarını açıqlayacaq. O, katalon klubunun müqavilə yeniləmək təklifini rədd edib.
PSJ, "Mançester Yunayted" və "Mançester Siti" Alveslə yaxından maraqlanırlar.
Dünən Xavi mətbuat konfransı keçirərək "Barselona"nı tərk edəcəyini açıqlamışdı.
Rüstəm