23 May 2015 10:46
1 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ-nin prezidenti Nasir Əl-XəLaifi "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldonun alınması üzərində düşünür.

Teleqraf.com xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Qətardan olan biznesmen portuqaliyalı futbolçuya görə 125 milyon avro təklif edə bilər.

Ronaldonun özü "Real"da qalmaq istəyir. Ancaq klub prezidenti Florentino Peresin komandanı formalaşdırmasında özünün iştirakını istəyir.

PSJ-dən əlavə, Ronaldonun başqa bir neçə klubdan da təklifi var. Bunlardan biri "Mançester Yunayted"dir. Amma yalnız PSJ-nin təklifi Ronaldonun şərtlərini ödəyə bilər.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər