Almaniya Bundesliqasının 2014/15 mövsümünə yekun vurulub.
Publika.az xəbər verir ki, sonuncu turda Bundesliqada qalmaq uğrunda mübarizə aparan komandaların oyunları daha çox diqqət çəkib. Gərgin oyunlardan sonra "Frayburq" və "Paderborn"un gələn mövsümdən 2-ci Bundesliqada mübarizə aparacağı məlum olub. "Hamburq" isə 2-ci Bundesliqanın üçüncüsü ilə pley-off oyununda qüvvəsini sınamalı olacaq.
Çempion "Bavariya" və ilk üçlükdə qərarlaşmış "Volfsburq" və "Borussiya" (Münhenqladbax) gələn mövsümdən Çempionlar Liqasının qrup mərhələsində oynayacaq, "Bayer" isə pley-off mərhələsindən mübarizəyə qoşulacaq. Bundesliqanı Avropa Liqasında isə "Şalke", "Auqsburq" və "Borussiya" (Dortmund) təmsil edəcək.