Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Fransada keçirilən "Tour du Loir et Cher" yürüşündə mübarizə aparır.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, Beynəlxalq Velosipedçilər Ittifaqının (UCİ) 2.2 kateqoriyalı yarışında komandamızın şərəfini Yan Sokol, Aleksandr Surutkoviç, Kristof və Maykl Şvayzer qardaşları, Patrik Leyn, həmçinin Konnor McConvey qoruyur.
Yarışın 183.5 km-dən ibarət birinci mərhələsində təmsilçilərimizdən Yan Sokol, Aleksandr Surutkoviç, həmçinin Şvayzer qardaşları finişi eyni anda - 4 saat, 8 dəqiqə, 23 saniyəyə keçən pelotonun içərisində olublar. Fotofinişə əsasən Sokol 9-cu, Surutkoviç isə 14-cü yeri tutub.
Bu nəticə "Synergy Baku"nun komanda hesabında 30 iştirakçı kollektiv arasında 4-cü yerdə qərarlaşmasına şərait yaradıb.
Bu gün keçirilən 2-ci mərhələdə velosipedçilər 198 km məsafə qət etməlidirlər.