"Real" Uruqvayın yüksək liqasında mübarizə aparan "Penyarol" klubunun 16 yaşlı yarımmüdafiəçisi Federiko Valverdenin transfer haqlarına sahib olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "AS" qəzeti məlumat yayıb. Madrid klubu gənc uruqvaylı üçün 5 milyon avro ödəyib.
Valverde keçən həftə Madridə gələrək tibbi müayinədən keçib və "Real"ın Çempionlar Liqasının yarımfinalında "Yuventus"la cavab matçını stadiondan izləyib.
Valverde 2016-cı ilin yayında "Real"a qoşulacaq, buna qədər isə o, "Penyarol"un uğurları üçün tər tökəcək.
Teleqraf.com fotonu təqdim edir:
Rüstəm