İngiltərə millisinin və "Mançester Siti"nin qapıçısı Co Hart Premyer Liqanın 2014/15 mövsümün ən yaxşı qapıçısı seçilib.
Publika.az xəbər verir ki, cari mövsümdə 13 "quru oyun" keçirən qolkiper çempionatın ən yaxşısına verilən "qızıl əlcək" mükafatına layiq görülüb.
Hart karyerası ərzində 4-cü dəfə bu mükafata layiq görülməklə rekorda imza atıb. Belə ki, ingilis qapıçı 3 dəfə bu mükafatı qazanmış Petr Çex (Çelsi) və Pepe Reynanı (Liverpul) geridə qoyub.
İngiltərə millisinin üzvü bundan öncə - 2010/11, 2011/12, 2012/13 mövsümlərində "qızıl əlcəy"ə layiq görülmüşdü.