İtaliyanın "Milan" klubunun rəhbərliyi yeni baş məşqçinin kimliyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, italiyanın tanınmış şərhçisi və jurnalisti, "Sport Mediaset"in eksperti Maurisio Pistoççi "Sevilya"nın baş məşqçisi Unai Emerinin "Milan"ı çalışdıracağını açıqlayıb.
"Mənim mənbələrimin məlumatına görə (onlar mənə Zeedorfun "Milan"a və Mançinin "İnter"ə təyinatını əvvəlcədən söyləmişdilər), Unai Emeri "Milan"la razılığa gəlib".
Daha əvvəl bildirilirdi ki, Karlo Ancelotti "Milan"ın baş məşqçisi olacaq.
Rüstəm