Bu gün 2005-ci ildə İstanbulda keçirilən Çempionlar Liqasının final oyunundan 10 il ötür.
10 il öncə həlledici görüşdə "Liverpul" (İngiltərə) və "Milan" (İtaliya) komandaları üz-üzə gəlib.
Olduqca dramatik keçən görüşün sonunda sevinən tərəf İngiltərə təmsilçisi olub. Fasiləyə 0:3 hesabı ilə geridə yollanan Liverpul təmsilçisi ikinci hissədə 3 qol vuraraq hesabı bərabərləşdirib.
Əlavə vaxtda qapılara qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Oyunda möhtəşəm geridönüş edən "Liverpul" penaltilər seriyasında daha dəqiq oynamaqla (3:0) fəxri kuboka yiyələnib.
Həmin oyunun videogörüntülərini təqdim edirik: