"Qəbələ" aparıcı futbolçusu Viktor Mendi ilə yolları ayırmağa hazırlaşır. Onunla mövsümün sonu başa çatacaq müqavilə yenilənməyəcək.
Bu barədə Qol.Az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib.
O deyib ki, fransalı futbolçu ailə məsələlərinə görə vətəninə qayıtmağı qərara alıb. Bu səbəbdən onunla yeni razılaşma əldə olunmayıb.
Qeyd edək ki, V.Mendi 2011-ci ildə "Bursaspor"dan "Qəbələ"yə transfer olunmuşdu.