26 May 2015 22:22
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Yunayted”dən ayrılacağı dəqiqləşən Radamel Falkao “Monako”ya qayıtmaq istəmir. Kolumbiyalı hücumçu karyerasını İngiltərədə davam etdirmək arzusundadı.


Belə ki, 29 yaşlı futbolçu “Çelsi”də oynamaq istəyir. Falkao bunun baş tutması üçün məvacibinin az olmasına da razıdı.


Falkao ilə “Çelsi”nin baş məşqçisi Joze Mourinyonun agenti eyni şəxsdi. Bu səbəbdən keçidin baş tutmaq ehtimalı yüksək dəyərləndirilir.

Qeyd edək ki, “Mançester Yunayted” Falkaonun icarə müqaviləsini yeniləmək fikrində deyil.


Müəllif:

Oxşar xəbərlər