23 May 2014 12:20
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona” ilə qarşılaşmada zədələnən “Atletiko”nun futbolçuları- Dieqo Kosta ilə Arda Turanın durumu qənaətbəxşdir.

Publika.az xəbər veriri ki, hər iki futbolçu komandanın dünən keçirilən axşam məşqində ümumi qrupla birgə çalışıb.

Dieqo Kosta zədəsini tez sağaltmaqüçün məşhur serb həkim Marian Kovaçeviçin klinikasına üz tutmuşdu. İnanılmaz da olsa, klinikadakı müalicə kursu öz təsirini göstərib. Kosta sabah keçiriləcək Çempionlar Liqasının finalında meydana çıxa bilər. Arda Turan isə Türkiyəyə gedərək “Fənərbaxça”nın həkimlərinin müayinəsindən keçib. Həkimlər ona final qarşılaşmasında iştirak edə biləcəyini söyləyiblər.

Bu gün “Atletiko” Lissabonun “Da Luş” stadionunda məşqə çıxacaq. Məhz həmin məşqdən sonra Kosta ilə Ardanın final oyununda iştirak edib-etməyəcəyinə aydınlıq gələcək.


Müəllif: