Almaniya II Bundesliqasında 3-cü yeri tutan “Karlsrue” yeni mövsümdən elitada mübarizə aparmaq üçün “Hamburq”la pley-off-da münasibətlərinə aydınlıq gətirəcək.
Teleqraf.com-un məlumatına görə, iki oyunluq sistemlə keçirilən pley-off-un artıq ilk görüşü keçirilib. Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” səfərdə rəqibi ilə 1:1 bərabərə qalıb.
Qarşılaşmanı əvəzedilmədən keçirən Nazarov məhsuldar ötürmə ilə yadda qalıb. Məhz onun ötürməsindən sonra Henninqs oyunda hesabı açıb.
Bu nəticədən sonra Nazarovun komandası 1 iyunda oynanılacaq cavab qarşılşaması üçün üstünlük qazanıb.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm