“Neftçi”nin qələbəsiz oyunlar seriyası 7-yə çatıb.
Teleqraf.com PFL-ə istinadən məlumat verir ki, aprelin 5-də “Simurq”la səfər qarşılaşmasında qalib gələn “ağ-qaralar” mövsümün son 7 matçında 4 heç-heçə edib, 3 məğlubiyyət alıb. “Qəbələ”yə 1:3, “Qarabağ”a 2:3, “İnter”ə 0:4 hesabı ilə uduzan Arif Əsədovun yetirmələri “Xəzər Lənkəran”, “Sumqayıt (hər ikisi 2:2), “Bakı” (0:0) və AZAL-la (1:1) qarşılaşmalarda 1 xalla kifayətlənib. Bu, “Neftçi”nin Azərbaycan çempionatlarında ən uğursuz seriyasıdır.
Cari mövsümədək “ağ-qaralar” ən pis halda 5 oyun qələbə həsrəti yaşamışdı. Belə seriyaya 5 dəfə - 1993/94, 2006/07, 2010/11 və 2013/14 (2 dəfə) mövsümlərində təsadüf olunub.