30 May 2015 17:25
544

İngilis klubu "Arsenal" "Qalatasaray"ın urugvaylı qapıçı Fernando Musleranı transfer etmək istəyir.

"Topçular" türk klubuna təcrübəli qapıçı üçün 20 milyon avroluq təklif etməyə hazırlaşır.

Bu mövsüm Türkiyə Super liqasında nümayiş etdirdiyi oyunla komandasının çempionluğunda pay sahibi olan Musleraya maraq artıb.

Ada mətbuatında ortaya atılan iddiaya görə, "Arsenal" təcrübəli qapıçı üçün İstanbul klubunun qapısını döyəcək. "Cim Bom"un bu təklifə necə reaksiya verəcəyi isə hələlik bilinmir.

Qeyd edək ki, Petr Çexi transfer etmək istəyən "Arsenal" indiyə kimi təcrübəli qapıçından konkret cavab ala bilməyib. Çexin qərarsız qalmasından sonra ingilis klubu başqa isimlər axtarışına başlayıb. "Arsenal" Federasiya Kubokundan sonra transfer barəsində qəti addımlar atacaq.

anspress.com


Müəllif: