"Fənərbaxça"nın baş məşqçisi İsmayıl Kartal istefa verib.
Bu barədə təcrübəli mütəxəssisin özü Türkiyə superliqasında bu gün "Kasımpaşa"ya qalib (2:0) gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, dünən klub prezidenti Əziz Yıldırımla görüşüb və ona istefa vermək istədiyini söyləyib. İ.Kartalın bu istəyi rəhbərlik tərəfindən qəbul olunub.
Qeyd edək ki, İ.Kartal bu mövsümün əvvəlindən "Fənərbaxça"nı çalışdırırdı.