"Qalatasaray" qapıçısı Fernando Muslera "Bursaspor"a qarşı Türkiyə kubokunun final matçını buraxacaq.
Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, buna səbəb uruqvaylı qolkiperin Çili ilə oyun üçün milliyə çağırılmasıdır. O, iyunun 1-də Uruqvay millisinin düşərgəsində olmalıdır.
Qeyd edək ki, "Qalatasaray" - "Bursaspor" qarşılaşması iyunun 3-ü keçiriləcək.