“Milan” futbol klubu cari mövsum İtaliya çempionatında antirekorda imza atıb.
ANS PRESS-in məlumatına görə, Milan klubu bu mövsüm ölkə çempionatında qapısından 50 top buraxıb.
Bu nəticə ilə “Milan” 1948-1949-cü illər mövsümündəki antirekordunu təkrarlayıb.
Qeyd edək ki, “Milan” hazırda ölkə çempionatında 9-cu yeri tutur. Bu nəticə ilə Avroliqalardan kənar qalıb.