1 İyun 2015 13:47
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray"ın transfer siyahısında olan Zlatan İbrahimoviçin İstanbula gəlməsi haqda çıxan xəbərlər "sarı-qırmızılar"ın azarkeşlərini həyəcanlandırıb.

Teleqraf.com-un məlumatına görə, ötən gecə Stokholm - İstanbul marşrutu ilə Türkiyəyə gələn ulduz futbolçu hətta türk fanatları ilə şəkil də çəkdirib.

"Eurosport"un məlumatına görə, İbrahimoviç İstanbuldan tranzitlə birbaşa Bakıya yollanıb.

"Qalatasaray"ın baş məşqçisi Həmzə Həmzəoğlu son açıqlamasında bunları deyib:

"Zlatan İbrahimoviç haqda məlumatım yoxdu. Belə bir təklif olduğunu belə bilmirəm. Rəhbərliyin bizdən xəbərsiz addıma atacağını düşünmürəm".

İbrahimoviçin Bakıya gəlişinin məqsədi hələ məlum deyil.

Rüstəm


Müəllif: