İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin Bakıya gəlişinin səbəbi məlum olub.
Qol.Az-ın xəbərinə görə, İbra azərbaycana keçmiş qaydasız döyüşçü Faiq Babanlının dəvəti ilə gəlib.
F.Babanlı sportbox.az saytına açıqlamasında xəbəri təsdiq edib: “Biz Zalatanı dəvət etmişik ki, o, Azərbaycanla tanış olsun. Ona Bakı və regionları göstərəcəyik. İbrahimoviçin ölkəmizdə 3-4 gün qalması planlaşdırılır. Onun gəlişi nə “Bakı-2015”, nə də reklam çəkilişi ilə bağlıdır. Bunlar hamısı şayiədir. Mən və dostum Asif İlyasov Zlatana Azərbaycanın gözəlliyini nümayiş etdirmək fikrindəyik”.
F.Babanlı Zlatan İbrahimoviçin Azərbaycana ov etmək üçün gəlməsi haqda xəbərlərə də toxunub: “Zlatan ov həvəskarı deyil. O, daha çox ekstremal idman növlərinin həvəskarıdır”.