4 İyun 2015 16:07
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafael Benites dünən rəsmən "Real"ın baş məşqçisi kimi ictimaiyyətə təqdim olundu.

Teleqraf.com-un məlumatına görə, ispan mütəxəssis artıq işinin icrasına başlayıb. O, ilk olaraq rəhbərlikdən PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin transfer edilməsini istəyib. Bu haqda İspaniya mətbuatı məlumat yayıb.

Daha öncə "Real"ın italyan futbolçuya görə 40 milyon avro ödəməyə hazır olduğu barədə xəbərlər gəzirdi.

Verratti Madrid klubunda oynamaq istəsə də, PSJ onu satmaq niyyətində deyil.

Rüstəm


Müəllif: