6 İyun 2015 09:55
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milan”ın satılacağı ilə bağlı xəbərlər çoxdan var idi. Apasport.az saytının məlumatına görə, klub artıq satılma barəsində rəsmi məlumat yayıb.

Ancaq “Milan”ın sahibi Silvio Berluskoni klubu tam olaraq yox, səhmlərin 48 faizini satıb. Alıcı isə çinli biznesmen Bi Teçauboludu.

Bununla da klubun 52 faizini əlində saxlayan Berluskoni prezidentliyə davam edəcək.

Klubdan verilən məlumata görə, satışın əsas məqsədi mövcud maliyyə vəziyyətini yaxşılaşdırmaq və uzaq şərq bazarında mövqe qazanmaqdı.


Müəllif:

Oxşar xəbərlər