6 İyun 2015 19:31
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın ulduz futbolçusu Lionel Messi uşaqlıq qəhrəmanının əfsanəvi Zinəddin Zidan olduğunu etiraf edib.

Teleqraf.com xəbər verir ki, "Squawka"ya açıqlama verən argentinalı forvard futbola başladığı dövrdə idealının fransız futbolçu olduğunu açıqlayıb.

Messi Zidana olan heyranlığını bu sözlərlə ifadə edib: "Bir rol model axtarırsınızsa, Zidana baxmalısınız. Ona həmişə həsəd aparırdım. Fransada qəhrəman, futboldan kənarda isə möhtəşəm bir insandı".

"Yuventus" və "Real" formaları futbol tarixinin əfsanələri arasına adını yazdıran Zidan karyerasını Seriya A, La Liqa, Çempionlar Liqası və Dünya Kuboku zəfərləriylə taclandırmışdı.

Rüstəm


Müəllif: