Bu gün Azərbaycan millisi yoxlama oyunu çərçivəsində Serbiya yığması ilə qarşılaşacaq.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan yığmasının Avstriyadakı toplanışı çərçivəsində baş tutacaq görüş saat 20.00-da start götürəcək. Bu oyun iyunun 12-də Osloda Norveçə qarşı keçirəcəyimiz AÇ-2016-nın seçmə mərhələ matçına hazırlıq məqsədi daşıyır.
Yoldaşlıq oyununu baş hakim Harald Lexner idarə edəcək. Yarış Avstriyanın "NV Arena" stadionunda keçiriləcək.