8 İyun 2015 19:11
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə idman mətbuatında Kriştiano Ronaldoyla bağlı müxtəlif xəbərlər çıxır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, saysız-hesabsız və həqiqəti əks etdirməyən iddialardan bezən ulduz futbolçu sosial media vasitəsilə bunlara münasibət bildirib:

"Çətin il oldu. Ancaq siz -həmişə yanımda olaraq mənə dəstək verdiniz. Şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Amma indi özümdən asılı olmayaraq bu mesajı sizə çatdırmaq istədim. Çünki son həftələrdə haqqımda pis xəbərlər çıxır. Hər gün fərqli qızlarla adım hallanır, etdiklərim barədə xəbərlər yazılır. Tətildəyəm, istirahət edirəm, oğlum da yanımdadı. Məni rahat buraxın... ki, hər il olduğu kimi, gələn il də işimi görə bilim. İmicimə zərər vurmağa çalışmayın, çünki bunu bacara bilməzsiniz".

Rüstəm


Müəllif: