"Yuventus"un forvardı Karlos Teves karyerasını "Atletiko"da davam etdirə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "AS" qəzeti məlumat yayıb. Madrid klubunun baş məşqçisi Dieqo Simeone hücumçuya zəng edib və onu "Atletiko"da oynamağa razı salıb.
Daha öncə argentinalı futbolçunun "Boka Xuniors"a keçəcəyi barədə xəbərlər yayılmışdı.
Geridə qalan mövsümdə İtaliya A Seriyasında 32 matçda meydana çıxan Teves 20 dəfə fərqlənməklə yanaşı, 8 məhsuldar ötürmə vermişdi.
Rüstəm