8 İyun 2015 23:05
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted"in qolkiperi David De Xea gələcəyiylə bağlı yekun qərarını verib.

Teleqraf.com xəbər verir ki, İspaniya millisinin üzvü karyerasını "Real"da davam etdirmək istəyir. O, bu barədə fikirlərini MY rəhbərliyinə çatdırıb.

"Mankunyanlar" hazırda seçim qarşısında qalıblar. Ya rəhbərlik yayda De Xeanın "Real"a keçidinə razılıq verəcək, ya da 24 yaşlı qapıçı gələn il azad agent statusu altında İspaniyanın yolunu tutacaq.

Bir sıra futbol mütəxəssisləri De Xeaya "Mançester Yunayted"də qalmağı məsləhət görüblər. Onların fikrincə, İngiltərədə bacarığını inkişaf etdirmək şansı İspaniyayla müqayisədə daha çoxdu. Ancaq De Xea qərarınını qətiləşdirib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər