24 May 2014 11:46
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev maraqlı açıqlamaları ilə həmişə diqqət çəkib.

Publika.az xəbər verir ki, Azərbaycan kubokunun final qarşılaşmasından sonra Hacıyev daha bir maraqlı açıqlama ilə yadda qalıb.

O, Samir Məsimovun bir vaxtlar "Qarabağ" və "Qəbələ"də baxışda olmasına və bəyənilməməsinə bu cür münasibət bildirib: "İranda olanda mənə bir şey öyrətmişdilər. Demişdilər ki, tacir malı satanda yox, alanda udur. O vaxtı Samir Məsimov "Qəbələ"də və "Qarabağ"da baxışda olmuşdu. Amma heç biri onu bəyənməmişdi. Ancaq mən bircə dəfə baxan kimi dedm ki, gətirin, o, mənə lazımdır".


Müəllif: