"Napoli"nin hücumçusu Qonsalo İquain "Çelsi"nin maraq dairəsinə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb. London klubu 27 yaşlı forvarda görə 30 milyon funt ödəməyə hazırdı.
Yazılanlara inansaq, xüsusilə də Joze Mourinyo argentinalının keçidində israr edir.
Geridə qalan mövsümdə 58 matçda meydana çıxan İquain 29 qol, 10 məhsuldar ötürməylə yadda qalıb.
Rüstəm