10 İyun 2015 20:25
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ronaldinyonun yaxın günlərdə "Keretaro"nu tərk edəcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Meksika klubunun məşqçilər qərargahının fikrincə, ulduz futbolçu komandaya uyğunlaşmaqda çətinlik çəkir.

Braziliyalı Meksika çempionatında 25 matçda meydana çıxıb və 8 dəfə fərqlənib.

Ronaldinyo Avropada PSJ, "Barselona" və "Milan"ın formalarını geyinib.

Rüstəm


Müəllif: