Son Türkiyə çempionu “Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Qol.Az-ın xəbərinə görə, bu barədə komandanın baş məşqçisi Hamza Hamzaoğlu “NTVspor”a açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, “Akhisar”dan ayrılan yarımmüdafiəçi Bilal Kısa ilə yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, 31 yaşlı futbolçu bir vaxtlar “Fənərbaxça”nın da şərəfini qoruyub.