"Bavariya"da 2014/2015 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Münhen təmsilçisinin azarkeşləri arasında keçirilən səsverməsinə nəticəsində əsasən, Aryen Robben son mövsümün ən yaxşısı seçilib. Hollandiyalı yarımmüdafiəçi səslərin 32.9 faizini toplayıb. Tomas Müller (20.1 faiz) ikinci, Manuel Noyer (18.5) isə üçüncü olub.
Qeyd edək ki, A.Robben geridə qalan mövsümdə bundesliqada oynadığı 30 matçda 19 qol vurub, 8 qolun ötürməsini verib.
Xatırladaq ki, A.Robben 2013/2014 mövsümündə də "Bavariya"nın ən yaxşısı seçilmişdi.