24 May 2014 13:10
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Çelsi” klubunun müdafiəçisi David Luiz karyerasını Fransanın “PSJ” klubunda davam etdirəcək.

Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Yaxın vaxtlarda Braziliya millisinin oyunçusu Parisə səfər edərək burada tibbi yoxlanışdan keçəcək. İngiltərə KİV-i “PSJ”-nin bu oyunçunun transferinə görə, London təmsilçisinə 40-50 milyon funt sterlinq ödəyəcək.

Qeyd edək ki, bu mövsüm Luiz “Çelsi”nin heyətində 19 oyunda meydana çıxıb. Onun xidmətlərində İspaniyanın “Barselona” klubu da maraqlı idi.


Müəllif: