11 İyun 2015 10:46
405

"Real" və "Liverpul"un əfsanəvi futbolçuları xeyriyyə matçında üz-üzə gələcəklər.

Teleqraf.com "Liverpul" klubunun saytına istinadən xəbər verir ki, qarşılaşma 14 iyunda "Santyaqo Bernabeu" keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək və "Liverpul"un saytında canlı yayımlanacaq.

"Real"ın heyətində bu futbolçuların oynayacağı dəqiqləşib: Klarens Zeedorf, Zinəddin Zidan, Roberto Karlos, Fernando Moryentes, Emilio Butraqeno, Klod Makelele, Kristian Karambe, Fransisko Buyo, Pedro Kontreras, Miçel Salqado, Fransisko Pavon, Fernando Sans, Manuel Sançis, Santyaqo Solari, Xose Amaviska, Edvin Konqo, Roberto Roxas, Xesus Velasko, İvan Peres, Rafa Kortes.

"Liverpul" tərkibində isə Ceymi Karraqer, Luis Qarsiya, Robbi Fauler, Stiv Makmanaman, Patrik Berqer, Vladimir Şmitser, Maykl Ouen və başqa futbolçular oynayacağı bildirilir.

Rüstəm


Müəllif: