PSJ əvvəlki kimi "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldunun transferində israr edir.
Teleqraf.com xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti məlumat yayıb. Paris klubu bu yay 30 yaşlı portuqaliyalını maliyyə feyr-pley-i məhdudiyyətlərinə görə transfer etməyə çalışmayacaq.
Ancaq bir il sonra, Zlatan İbrahimoviçin PSJ-ni tərk etməsinin ardından klub rəhbərliyi əlindən gələni edəcək ki, Ronaldonu alsın.
Qeyd edilir ki, PSJ Ronaldoya ildə 18 milyon avro ödəməyə hazırdı. PSJ-nin prezidenti Nasir Əl-Xəlaifi ilə ulduz futbolçunun meneceri Jorje Mendeş arasındakı yaxşı münasibət bu transferin reallaşmasında böyük rol oynaya bilər.
Rüstəm