11 İyun 2015 16:34
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi” İdman Klubunun Binəqədi komandasının taekvando üzrə 2004-2007-ci il təvəllüdlü uşaqlar arasında Binəqədi açıq birinciliyi keçirilib.

Turnir Daedo elektron jilet sistemi ilə keçirilib. 171 idmançının iştirak etdiyi turnir 2 gün davam edib. 21 müxtəlif çəki dərəcələrində keçirilən döyüşlərdə “Neftçi” İ.K. 1-ci, “Sərhədçi” O.K 2-ci, Sumqayıt Təhsil Komandası isə 3-cü yerləri paylaşıblar. “Neftçi” İdman Klubunun məşqçisi Elməddin Vəliyev və köməkçi məşqçi Orxan Qasımovun sözlərinə görə, yarışın yüksək səviyyədə təşkili üçün lazım olan bütün şərait yaradılıb və komanda olaraq taekvando idman növünün təbliği və inkişafı üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirdiyimizi düşünürük. E.Vəliyev onu da qeyd edib ki, Bakı-2015 İlk Avropa oyunlarının məhz ölkəmizdə keçirilməsinin idmançılarımıza verdiyi töhfə, şövq və həyacan bu yarışda da özünü əks etdirib. Belə bir möhtəşəm tədbirin ölkəmizdə keçirilməsinə görə prezident İlham Əliyevə, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Bütün növlərdə ölkəmizi təmsil edən idmançılara, xüsusi olaraq taekvondoçulara uğurlar arzu edirik. Əminəm ki, 2004-2007-ci təvəllüdlü uşaqlarımız gələcəkdə bu cür beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər