PSJ-nin hücumçusu Zlatan İbrahimoviç son günlər haqqında yayılan transfer xəbərlərinə münasibət bildirib.
Fransa mətbuatına açıqlamasında o, PSJ-dən ayrılacağı haqda iddiaları cavablandırıb:
"PSJ ilə bir illik müqaviləm var. Burdan ayırlmağı düşünmürəm. Komandamla hər iki kuobku qazandım. Bilmirəm, bu cür xəbərləri kim çıxarır. Yəqin yazmağa başqa heç nə yoxdur. Çempionlar Liqasında çıxış edən komandada olmaq istəyirəm. PSJ də bu komandalardandır".
Qeyd edək ki, isveçli forvardın adı sabiq komandası "Milan"la da hallanırdı.