24 May 2014 23:45
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arda Turan final görüşünü buraxmalı olacaq.

"Atletiko" Çempionlar Liqasının finalına ciddi itki ilə çıxacaq.

Teleqraf.com bildirir ki, Arda Turan "Real"a qarşı oynamayacaq. Həkimlər zədəsi olan türk futbolçunu hazır vəziyyətə gətirmək istəsə də, bu mümkün olmayıb. Bu səbəbdən Türkiyə yığmasının üzvü "18-liy"ə salınmayıb.

Qeyd edək ki, Arda bu mövsüm 46 oyunda "Atletiko"nun formasını geyinib və 9 qol vurub. /anspress/


Müəllif: