25 May 2014 17:29
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Karyeramın ən önəmli qolunu vurdum. Azarkeşlər üçün sona qədər döyüşdük. Bu qol mənim deyil, bütün madridlilər və ailəm üçün idi".

Bu sözləri "Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının finalında "Atletiko"ya qalib gələrək kuboku qazandıqları oyundan (4:1) sonra deyib.

"Rəqibimizə qarşı tarix yazdıq. Hisslərimi ifadə etmək çox çətindir" - deyə o bildirib.

Qeyd edək k, təcrübəli müdafiəçi matçın əsas vaxtına əlavə edilmiş üçüncü dəqiqədə komandasının bərabərlik qolunu vurub./qol.az/


Müəllif: