UEFA Rusiyanın "Dinamo" klubunu növbəti mövsüm üçün avrokuboklardan kənarlaşdırıb.
Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna Moskva təmsilçisinin maliyyə "fair-pley" qaydalarını pozması səbəb olub.
Klubda araşdırma aparan UEFA "Dinamo"nun bir il müddətinə avrokuboklardan kənarlaşdırılması barədə qərar verib. Bu qərarın yaxın günlərdə UEFA tərəfindən rəsmən açıqlanacağı bildirilir. Rusiya klubunun məsələ ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verəcəyi gözlənilir.
Qeyd edək ki, Avropa Liqasında "Dinamo"nu ötən mövsüm Premyer Liqanı 5-ci pillədə başa vuran "Rubin" klubu əvəzləyəcək.