22 İyun 2015 11:17
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina milli futbol yığmasının sabiq hücumçusu Dieqo Maradona Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə uruqvaylı jurnalist Viktor Morales deyib.

Jurnalist bildirib ki, D.Maradona FIFA-da dəyişikliklər istəyir: “Bu səbəbdən prezidentlik vəzifəsinə namizədliyini irəli sürəcək. O, FIFA ətrafındakı qalmaqalda iştirak etmədən, mübarizə aparmağa üstünlük verib. Futbolçunun böyük nüfuzu var”.


Müəllif:

Oxşar xəbərlər