“Dinamo Arena” stadionundan son görüntülər
UEFA-nın Super Kubok oyununun final qarşılaşması Tiflisdə keeçiriləcək. Qonşu ölkənin paytaxtında “Barselona” və “Sevilya” klubları qarşılaşacaq. Hər iki komanda avqustun 9-da Tbilisiyə gələcək. Oyun isə avqustun 11-də baş tutacaq.
Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, “Barselona” “Marriott Tbilisi” otelində yerləşəcək və Mixail Mesxi adın astadionda məşqə çıxacaq. “Sevilya” isə “Holiday Inn” hotelində yerləşəcək. Komanda məşqini “Dinamo” akademiyasının stadionunda edəcək.
İki komanda arasında qarşılaşma avqustun 11-də “Dinamo Arena” stadionunda baş tutacaq. Teleqraf.com xəbər verir ki, artıq Tiflis meriyası “Dinamo Arena” stadionunda ciddi təmir işləri aparır. Onu da qeyd edək ki, Tiflisdə keçiriləcək Barselona-Sevilya oyununa biletlər bu gündən satışa çıxarılacaq. Saytımız Gürcüstan mediasına istinadən qeyd edir ki, biletlərin qiyməti 7-30 avro arasında olacaq.
Teleqraf.com dünyanın iki məşhur komandasının final matçının keçiriləcəyi “Dinamo Arena” stadionunda son təmir işləri ilə bağlı fotoları təqdim edir.
Nemət