25 İyun 2015 08:23
460

"Qalatasaray"ın transfer hədəfində olan "Arsenal"ın futbolçusu Lukas Podolski gələcək karyerası haqda önəmli açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Polşa əsilli alman futbolçu "Arsenal"da qalmaq istədiyini bildirib:

"Londonda özümü hər zaman yaxşı hiss etdim. Baş məşqçi, komanda yoldaşlarım və azarkeşlərlə münasibətim yaxşıdır. "Arsenal"da qalmaq istəyirəm. Əsas heyətə düşmək üçün əlimdən gələni edəcəm. "İnter"də icarə əsasında oynamağım səhv addım idi. İngiltərə Premyer Liqası möhtəşəm çempionatdır və mənə çox uyğundur. Bu səbəbdən "Arsenal"da qalmağı düşünürəm".

Qeyd edək ki, "Qalatasaray" Podolskini transfer etmək istəsə də, 30 yaşlı futbolçu Türkiyə klubunun təklifini qəbul etməyib.

Nihad

Müəllif:
loading...