27 İyun 2015 10:42
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç karyerasını "Roma"da davam etdirə bilər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "Roma" klubu isveçli futbolçu uğrunda mübarizəyə qoşulmağa hazırlaşır.

"Canavarlar"ın idman direktoru Valter Sabatini buna işarə vurub:

"Milan" İbrahimoviçlə danışıqlar aparırsa, hər şey mümkündü, ancaq biz aparanda yox?"

"Milan" və Qətər klubları İbranın xidmətində maraqlıdırlar.

Geridə qalan mövsümdə 37 matçda meydana çıxan İbrahimoviç 30 dəfə fərqlənib.

Rüstəm


Müəllif: