27 İyun 2015 16:29
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

FIFA prezidenti Yozef Blatter son açıqlamasıyla diqqət mərkəzinə düşüb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, O, postundan imtina etmək niyyətində olmadığını bildirib:

"Mən istefa verməmişəm. Sadəcə İcraiyyə Komitəsinin növbədən kənar iclasında öz səlahiyətlərimi başqa birinə təklif edəcəm".

Blatter iyunun 2-də rüşvət qalmaqalıyla əlaqədar olaraq istefa verdiyini açıqlamışdı. FIFA prezidentliyinə növbəti seçkilərin nə vaxt keçiriləcəyinə qurumun İcraiyyə Komitəsinin 20 iyulda baş tutacaq növbədən kənar iclasında aydınlıq gələcək.

Seçkilərin 16 dekabr tarixinə təyin olunacağı gözlənilir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər